She and Her Cat

She and Her Cat
Üzlük.
彼女と彼女の猫
(Kanojo to Kanojo no Neko)
azərb. O və onun pişiyi
Janr dram, həyat dilimi, romantika
Anime
RejissorMakoto Şinkay
BəstəkarTenmon
StudiyaCoMix Wave Films
Vaxt5 dəq.
Manqa
ManqakaTsubasa Yamaquçi
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
Vertical
JurnalMonthly Afternoon
Demoqrafiyaseynen
Nəşr tarixi25 fevral 2016 – 25 may 2016
Cildlər1
Anime
Kanojo to Kanojo no Neko: Everything Flows
RejissorKazuya Sakamoto
SsenaristNaruki Naqakava
BəstəkarTo-Mas Soundsight
Fluorescent Forest
StudiyaLiden Films
KanalTokyo MX
Buraxılış tarixi4 mart 2016 – 25 mart 2016
Seriyalar4

She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫?, azərb. O və onun pişiyi‎)Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir.

Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir. O, 2000-ci ildə DoGA CG Animasiya Müsabiqəsini qazanmış və CoMix Wave Films-in diqqətini cəlb etmişdir. Studiya animeni CD-ROM formatında yenidən buraxmış və Şinkayı işə almışdır. 2016-cı ildə anime serialı və manqa adaptasiyaları buraxılmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy